Mülkləri və pullarına həbs qoyulmasından sonra rusiyalı oliqarx, “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Rusiyada vəziyyət getdikcə pisləşir, genişmiqyaslı böhran yaxınlaşır, Ukrayna məsələsi ilə bağlı danışıqlar zəif gedir, sanksiyalar ləğv edilmir. Bunun qəzəbini kimdən çıxarmaq olar? Əlbəttə, Çubaysdan. Vladimir Vladimiroviç, şəxsən sizdən incimirəm. Ancaq bir neçə müşavirinizdən, habelə hökumətdəki və Kremldəki təxribatçılardan qurtulmasanız, sizi və bütün Rusiyanı məhv edəcəklər”, – Çubays bildirib.
Çubays müraciətində həmin şəxslərin adlarını açıqlamasa da, bildirib ki, onlar Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanı istefaya göndərmək istəyirlər.
Qeyd edək ki, “Rosnano”nun şikayəti əsasında Rusiyada Anatoli Çubaysın mülkləri və pullarına həbs qoyulub.