image-qanunla-reklam
image-1678651770_84dcc0a9-d124-3c86-918e-54001eed5e48_850-1

Cüdoçularımız Avropa Kuboku turnirində komanda hesabında birinci yeri tutublar

image-lady-day-az

Martın 11-12-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Bu barədə “Qanunla.az”a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.

Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə ediblər.

Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq çəkidə Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. – 81 kq çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. +90 kq çəkidə Ramazan Əhmədov turnirin gümüş medalçısı olub

-81 kq  çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yerdə tamamlayıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki