image-qanunla-reklam
image-mahacqala-atishma-terror

Dağıstanda terror: 17 polis öldü, matəm elan olundu

image-lady-day-az

İyunun 23-də Dağıstanda baş verən terror aktları 15-dən çox polis əməkdaşının həyatına son qoyub.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov məlumat yayıb.

Onun sözlərinə görə, 15-dən çox polis Dağıstanın əmin-amanlığını qoruyan zaman terror aktının qurbanı olub.

Onlardan biri Dağıstan İşıqları polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyevdir. O, terrorçularla atışma zamanı ağır yaralanaraq dünyasını dəyişib.

24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Müvafiq fərmanı Sergey Melikov imzalayıb.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.

***

Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində törədilən terror aktında ölənlərin sayı artıb.

Ölənlərin sayı 20 nəfərə çatıb ki, onlardan 17-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Məlumata görə, 32-si hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla, ümumilikdə 44 nəfər xəsarət alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki