image-qanunla-reklam
image-mahacqala-atishma-terror

Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı artdı

image-lady-day-az

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Qanunla.Az xəbər verir ki, bu barədə “112” Teleqram kanalı məlumat yayıb.

“Ölənlər arasında ən azı 15 polis əməkdaşı var (ötən gün bəzi mənbələr ölən polislərin sayının 17 olduğunu açıqlamışdı – red.). Onlardan əlavə 5 mülki şəxs terrorçuların qurbanı olub. Daha beş nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib. Yaralı asayiş keşikçilərindən ikisinin vəziyyəti son dərəcə ağırdır, həkimlər həyatları üçün mübarizə aparırlar. Eyni zamanda, daha 13 nəfər ağır vəziyyətdə xəstəxanadadır”, – məlumatda deyilir.

Qeyd edək ki, 23 iyunda Mahaçqala və Dərbənddə terror aktları həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki