image-qanunla-reklam
image-qazi-turkiye

Daha 2 qazimiz sağalaraq Vətənə döndü

image-lady-day-az

Ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan Qanunla.Az-a bildirilib ki, qazilərimiz Ədalət Ramazan oğlu Məmmədovun və Pərvin Dövlət oğlu Abdullayevin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq”, – məlumatda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki