Bu gün Laçın istiqamətində daha bir hərbi qulluqçumuz göldə boğularaq hələk olub.
Qanunla.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, həlak olan 2001-ci il doğumlu İsmayıllı rayonu, Quşencə kənd sakini əsgər Nicat Eynulla oğlu Əkbərovdur.
O,Vətən müharibəsi iştirakçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.