CBC TV SSRİ dönəmində mikroelektronika sahəsində dünyada mühüm mərkəzlərdən birini yaratmış azərbaycanlı fizik Həsən Abdullayev barədə maraqlı sənədli film hazırlayıb.
Qanunla.az-ın məlumatına görə, Həsən Abdullayev SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub.
Məhz 1957-ci ildə Azərbaycan alimləri rəsmən SSRİ-də əsas Fizika İnstitutu yaradıblar. Daha sonra onun bazasında çoxsaylı elmi tədqiqat institutları yaradılıb.
Dahi azərbaycanlı fizik barədə sənədli filmi təqdim edirik: