image-qanunla-reklam
image-b4030a2c107b2b6c46ede275ee76d098

Daim güclü Azərbaycan naminə Prezidentinin ətrafında yumruq tək birləşəcək

image-lady-day-az

Daim güclü Azərbaycan naminə Prezidentinin ətrafında yumruq tək birləşəcək.

Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu, inamla gələcəyə doğru tərəqqisi, inkişafı məhz uğurlu, bacarıqlı və səriştəli lider amili ilə birbaşa bağlıdır. Təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası dayanan Azərbaycan dövləti məhz Ulu Öndər siyasi kursunun uğurlu davamı sayəsində inkişafa və tərəqqiyə nail olub. Məhz İlham Əliyevin liderlik xüsusiyyətləri nəticəsində Azərbaycan xalqın iradəsinə əsaslanan, müstəqil siyasət aparan, müstəqillik yolundan dönməyən, suveren, Avropa ilə Asiyanı təkcə coğrafi cəhətdən deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi nəzərdən birləşdirən bir dövlətdir.

2003-cü ildən öz xalqının, dövlətinin parlaq gələcəyinin və rifahının qarantı missiyasını möhtəşəm qələbə ilə ləyaqətlə və şərəflə ən yüksək zirvəyə çatıran İlham Əliyevin əsl vətənpərvərlik və milli birlik ideallarına bağlılığını xalqına xidmətdə, cəmiyyətin hər bir sahəsində görürük və hiss edirik. Ömrünü xalqının, Vətəninin rifahına, bütövlüyünə, inkişafına həsr edən yeni əsrin yeni liderinin həyat yoluna nəzər salanda görürük ki, böyük liderlər təsadüfən lider olmur, Onlar Tanrının verdiyi ömrü xalqın bilərək öz həyatını deyil, xalqın həyatını yaşayırlar. Və yalnız belə olanda hər zaman xalqdan dəstək alaraq, xalqa arxalanaraq lider ömrü Vətən-xalq taleyinə həsr olunur.

“2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq” – deyir Prezident İlham Əliyev. Təbii ki, bu inamlı addımların, uğurların təməlində həm də yüksək təhsil dayanır.

Azərbaycanın yalnız gələcəyi üçün deyil, həm də keçmişi üçün mübarizə apararaq tariximizi qoruyub, dövlətimizin yeni elmi, milli siyasət konsepsiyasının və təbliğatının həyata keçirilməsində mühüm işlər görüb. Müstəqil dövlət quruculuğuna, siyasi sabitliyin möhkəmləndirilməsinə, yüksək iqtisadi artım templərinə nail olunmasına, Azərbaycanın qısa müddətdə dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına qoşulmasına Prezident və Vətənini, xalqını sevən əsl vətəndaş İlham Əliyev kimi öz imzasını atıb. Xalqımız öz liderini sevir, Onun yorulmaz fəaliyyətini, dönməz və prinsipial mövqeyini dəstəkləyir və yüksək qiymətləndirir. Ən əsası da xalq hər zaman öz rəhbərinin yanında olub, bundan sonra da olacaq.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalmağa səbəb olmuş peşə fəaliyyətilə öz mövqeyini açıq şəkildə bəyan etmişdir.

Azərbaycan Respublikasının bugün regionda və dünyada dəyişən siyasi statusu Ali Baş Komandan İlham Əliyevin siyasi kursunun uğurlu nəticəsidir. İlham Əliyev fəaliyyətinin ana xəttini xalqının rifahı, dövlətinin ali mövqeyi üçün istiqamətləndirmişdir. Prezident İlham Əliyev Azərbaycan xalqının ona olan inamını bu şəkildə ifadə etmişdi. “2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.
İnamlı addımların və doğru qərarların əsasında duran təhsili İlham Əliyevin dövlətlərarası münasibətlərin tənzimlənməsində uğurlu siyasi, strateji gedişlərinin əsas səbəbidir. 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Beynəlxalq təşkilatların fəaliyyətində iştirak prezidentlik fəaliyyəti dövrü üçün güclü bazanın formalaşmasına səbəb olmuşdur. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu, medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.

Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazını böyük ehtişamla üzərində daşıması Azərbaycan xalqının uğurlu gələcəyinin təminatına çevrildi. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciəti: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki