image-970_50
image-044c9c90-f455-4346-9215-5ce0ff3e09db

DALĞALAN, ÜRƏYİM, CANIM, UCADAN UCA MÜQƏDDƏS BAYRAĞIM!

image-suni_mayalanma_qiymeti

Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağın təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi var. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycanda bayrağımız daim təbliğ olunur, ona sevgi aşılanır. 2007-ci ilin noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007 –ci ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət bayrağı Meydanının təməli qoyulub. 2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı olub. Bayrağın dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri isə 3.2 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450kv.m, kütləsi isə təqribən 350 kiloqramdır. Bayrağın dirəyi ən hündür bayraq dirəyi kimi 2010–cu ilin mayın 29-da Ginnesin Rekordlar Kitabına daxil edilib.
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu gün hündürlükdə dalğalanan üçrəngli bayrağımız möhtəşəmliyi ilə görənləri heyran edir. Dünyanın hər yerindən ölkəmizə gələn qonaqlar dövlətimizə yüksək hörmət və ehtiram əlaməti olaraq Bayraq Meydanını ziyarət edirlər. Bu isə Azərbaycan xalqı, hər bir vətətəndaş üçün olduqca şərəflidir, qürurvericidir və unudulmazdır.
Türkan İsazadə

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki