Bu gün Avro-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda sonuncu oyun, dörddəbir final mərhləsinin matçı keçirilib.
Qanunla.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda Çexiya və Danimarka millilərinin qarşılaşıblar.
Oyun Danimarka millisinin 2:1 hsablı qələbəsi ilə yekunlaşıb.
Çempionatın yarımfinalına yüksələn Danimarka millisi bu mərhələdə İngiltərə-Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər matçında İtaliya və İspaniya üz-üzə gələcək.
Qeyd edək ki, Avro-2020 çərçivəsində Bakıda A qrupunun üç matçı keçirilib. İyunun 12-də ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0, iyunun 20-də İsveçrəyə 3-1 hesab ilə məğlub olub.
Turnirin yarımfinal və final matçları Londonun “Uembli” stadionunda baş tutacaq.
***
Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
İtaliyanın paytaxtı Romanın “Olimpiko” stadionunda Ukrayna və İngiltərə yığmaları qarşılaşıblar.
Almaniyadan olan hakimlər briqadasının idarə etdiyi matç İngiltərə yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, İngiltərə millisi yarımfinalda Danimarka ilə üz-üzə gələcək.