image-qanunla-reklam
image-fotojet-1

Daşkəsən gənclərinə xoş xəbər – FOTO

image-lady-day-az

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 54-cü nümayəndəliyi Daşkəsən rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Açılış mərasimində rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və gənclər iştirak ediblər.

Açılış tədbiri gənclərlə söhbət və mərkəzlə tanışlıqla başlayıb. Sonra rəsmi nümayəndələr çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin gənc nəslin öz dövlətinə, öz ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdiyini, Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduğunu bildiriblər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, GİKM nümayəndəliklərində gənclər üçün yaradılan imkanlar barədə danışılıb və gənclər bu imkanlardan yararlanmağa dəvət edilib. Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacağı bildirilib. Nümayəndəlik vasitəsilə rayonda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar. Açılış tədbirində iştirak edən Daşkəsən gənclərinə həmçinin, “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramı haqqında məlumat verilib, onlar bu proqramlara qoşulmağa dəvət ediliblər.

Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış imkanlardan tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi sərəncama uyğun olaraq, GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək istiqamətində qurulub.

Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki