Daşkəsən şəhərində 51 yaşlı qadının yaşadığı binanın önündə əri tərəfindən bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə ailənin yaşadığı Daşkəsən rayon İsmət Qayıbov küçəsində binanın önündə baş verib.
Şəxsi münasibətlər zəminində, 1970-ci il təvəllüdlü Zülfiyyə Məhərrəmova əri Ramiz Məhərrəmov tərəfindən qarın boşluğundan bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən R.Məhərromov bıçaqla hadisə yerinə çağrılan tibb işçilərinə qarşı da hədə qorxu gəlib. Lakin sonra bıçaq ondan alınıb və daha sonra yaralıya ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Bir bıçaq xəsarəti alan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis şöbəsinə aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Daşkəsən şəhərində yerli sakin bıçaq xəsarəti alıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb. Rayon sakini, 41 yaşlı Zülfiyyə Məhərrəmova bıçaq xəsarəti alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
İlkin ehtimala görə, qadın həyat yoldaşı Ramiz Məhərrəmov tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.