image-970_50
image-received_541614877031060

“Davam” Milli Qurtuluş Gününü qeyd edib-FOTOLAR

image-728_90

“Davam” Milli Qurtuluş Gününü qeyd edib.

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Davam” Gənclər Hərəkatının mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzində görüş keçirilib.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, həmçinin hərəkatın katibliyi və bir qrup davamçı üzv iştirak edib.

“Davam”ın sədri Nihad Allahyarlı iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. O, öz çıxışında bu günün əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, 15 iyun 1993-cü il tarixinə kimi Azərbaycanın suverenliyi sual altında idi, lakin böyük xilaskarın qayıdışı və xalqımızı qurtuluşdan inkişafa doğru aparan müdrik siyasəti ilə bu təhlükə aradan qalxmış oldu. O, Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi davamçısı olduğunu qeyd edərək bildirib ki, hər iki liderin Yeni Azərbaycanın bu günlərə gəlib çıxmasında müstəsna xidmətləri var.

N. Allahyarlı həmçinin vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə bu davamlı siyasətin əməli nəticəsi idi.

Öz növbəsində çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ümummilli lider Heydər Əliyevin dediyi sözləri bir daha xatırladaraq gənclərin cəmiyyətin inkişafında xüsusi rolu olduğunu bildirib. Qeyd edib ki, həqiqətən də, cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Bəxtiyar İslamov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan gənclər siyasəti və azərbaycançılıq ideologiyasının Cənab Prezident İlham Əliyev tərəfindən ən uğurlu şəkildə davam etdirildiyini vurğulayıb. O bildirib ki, bunun ən bariz nümunəsi qurtuluş dövrünün ideologiyası ilə tərbiyə olunan Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlıq və şücaətdir.

Tədbirin gedişatı diskussiya formatında baş tutub. Davamçı üzvlər öz suallarını ünvanlayıb, müxtəlif təkliflər irəli sürüblər.

Tədbir başa çatdıqdan sonra Nihad Allahyarlı Bəxtiyar İslamovu hərəkatın ofisi və katibliyi ilə tanış edib.

image-received_344490373705173 image-received_322990995969306 image-received_541614877031060 image-received_306498307782501 image-received_578559919796035 image-received_1514032948949970 image-received_530935404751439 image-received_802778383718470 image-received_490348945627414 image-received_4345512208792893 image-received_2821405911457157

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki