image-qanunla-reklam
image-mehkeme

Dəhşətli iddia: Koronadan 15 milyon insan ölüb

image-lady-day-az

Koronavirus 2019-cu ilin son günlərindən bu yana dünyanı öz cənginə almaqda davam edir. İki ildir dünyanın 1 nömrəli problemi və gündəmi olan koronavirus bu günə qədər 220 milyondan çox insana yoluxub. Son zamanlarda “Delta”, “Delta Plus” və “Mu” kimi yeni variantları ilə gündəmə gələn virus rəsmi məlumata görə 4,5 milyondan çox insanın həyatına son qoyub. Yeni təhlükəli mutasiyalar bir çox ölkədə pandemiya tədbirlərinin geri qaytarılmasına səbəb olub.

Qanunla.Az Musavat.com-a istinadən xəbər verir ki, məşhur “Ekonomist” jurnalı dəhşətli iddia irəli sürərək bildirib ki, əslində dünyada koronavirusdan ölənlərin sayı rəsmi rəqəmlərdən 3 dəfə çoxdur. Beləliklə, koronavirusdan ölənlərin sayı reallıqda 15 milyondan çox ola bilər.

Jurnalda dərc olunan araşdırmaya görə Çin, Rusiya və Hindistanda koronavirusdan ölənlərin sayı daha az qeydə alınıb və bu ölkələrdə koronavirusdan ölənlərin xeyli qismi koronavirus testindən keçməyib.

Latın Amerikası və Afrikanın bir çox ölkələrində də bu cür bənzər mənzərənin olduğunu qeyd edən mütəxəssislər Nikaraquada ölümlərin sayının 10 min nəfər daha çox olduğunu iddia edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki