image-qanunla-reklam
image-amil-sadiqov

Dəhşətli qəzada ölən gənclə bağlı təsirli fakt

image-lady-day-az

Ötən gün Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az Qaynarinfo.az-a istinadla xəbər verir ki, ağır bədən xəsarətləri alan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov hadisə yerində həlak olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onların müalicəsi davam edir.

Qəza zamanı dünyasını dəyişən Amil Sadıqov ailənin tək övladı olub. O, gələn ilin yanvar ayında hərbi xidmətə yola düşəcəkmiş.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki