image-qanunla-reklam
image-1686209405_azdrama

Dələduzlar “AzDrama”nın adından belə istifadə etdi

image-lady-day-az

Akademik Milli Dram Teatrı Beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib.

“Qanunla.az”ın məlumatına görə, müraciətdə qeyd edilir ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir.

“Saytın domenində olan “azdram” sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var.

Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”, – teatrın məlumatında deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki