image-qanunla-reklam
image-1638985385-modern-az-08-12-2021-1638985084

“Delimitasiya işlərinə tezliklə başlanılması zəruridir” – Lavrov

image-lady-day-az

Dekabrın 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, nazirlər ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət ayrılıb.

“Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası işlərinin tezliklə başlanmasının təmin edilməsinin, həmçinin Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli İşçi Qrup çərçivəsində nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə əldə edilmiş razılaşmaların praktiki müstəviyə çevrilməsinin
zəruriliyi vurğulanıb”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki