image-qanunla-reklam
image-ruslan-eliyev

Dəm qazı can almaqda davam edir – “Azəriqaz” rəhbəri

image-lady-day-az

Qaz sızmaları ilə bağlı “Azəriqaz”da vaxtaşırı yoxlama işləri aparılır. 80 saylı qərara əsasən, qaz yığılan mənbələrə il ərzində ən azı 6 aydan bir baxış keçirilməlidir.

Qanunla.Az  xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bu il ərzində qaz sızması ilə bağlı ciddi hadisə qeydə alınmayıb:

“Ümid edirik ki, bu qış vətəndaşlarımız qaz təchizatı ilə bağlı problem yaşamayacaq. Lakin dəm qazı artıq can almaqdadır. Burada vətəndaşın özünün məsuliyyəti olmalıdır. Azəriqaz olaraq bununla bağlı daimi təbliğat, maarifləndirmə işləri aparırıq. Əgər abonentlər hər hansı problem yaşayırlarsa, bizə müraciət etsinlər. Bunun üçün “Azəriqaz”ın 104, 185 nömrələrinə, sosil şəbəkə səhifələrimizə müraciət edə bilərlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki