image-qanunla-reklam
image-765615f158e5e4d70ef3364eb04dcca6

Dəməşqdə silahlı TOQQUŞMA – Əsəd tərəfdarları HÜCUMA KEÇDİ

image-lady-day-az

Suriyada keçmiş rejimin silahlı dəstəsi Dəməşq vilayətinin Cdeidet əl-Fadl qəsəbəsi yaxınlığında Baş Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqəsinə hücum edib.

Qanunla.az  xəbər verir ki, bu barədə cümə axşamı Suriya dövlət agentliyi SANA məlumat yayıb.

Agentliyin xəbərinə görə, toqquşma nəticəsində yaralılar var.

“Münaqişə zamanı keçmiş rejimin qalıqları Baş Təhlükəsizlik İdarəsinə məxsus nəzarət-buraxılış məntəqəsinə hücum edib və oradakı qüvvələrə atəş açıblar. Nəticədə postun iki əməkdaşı yaralanıb”, – deyə məlumatda bildirilir.

Dəməşq vilayətinin təhlükəsizlik xidməti rəsmisi, polkovnik-leytenant Husam əl-Tahhan hadisədən sonra əlavə qüvvələrin cəlb edildiyini açıqlayıb. Onun sözlərinə görə, hücumda iştirak edənlər saxlanılacaq və məsuliyyətə cəlb olunacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki