image-qanunla-reklam
image-demir-qubbe

Dəmir Qübbə Türkiyə sərhədində – Ankaradan cavab

image-lady-day-az

Biz başa düşə bilmirik ki, Şimali Kipr və Türkiyəni tənzimləməyə çalışanlar Cənubi Kiprdə bu silahlanma ehtirasını niyə görməzlikdən gəlirlər.

Qanunla.az xəbər verir ki, bunu TBMM sədri Numan Qurtulmuş Cənubi Kiprin Dəmir Qübbə almasını şərh edərkən bildirib.

“Şimali Kiprə tövsiyələr verənlərin cənubu necə silahlandırdığını və oradakı bəzi bazaları necə möhkəmləndirdiyini bilirik. Nə edirlərsə etsinlər, biz türk və yunan xalqlarının öz dövlətlərinin bayrağı altında, əlimizdə olan bütün imkanlarla qiyamətə qədər sülh içində yaşamalarını istəyirik, lakin sülhü pozmaq istəyən heç kəsə icazə verməyəcəyik”, – Qurtulmuş qeyd edib.

Qeyd edək ki, Cənubi Kipr İsrail istehsalı olan Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin ilk partiyasını aldığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki