image-qanunla-reklam
image-images

Dəmir yolu infrastrukturunun inkişafına erməni diasporunun təzyiqi altında ABŞ mane olurdu

image-lady-day-az

Dəmir yolu infrastrukturunun inkişafına erməni diasporunun təzyiqi altında ABŞ mane olurdu.

Cənab Prezident İlham Əliyev yanvar ayının 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edib. Çıxışında nəqliyyat infrastrukturundan, bu sahədə layihələrdən, Zəngəzur dəhlizinin Azərbaycanın layihəsi olmasından, ümumiyyətlə bu sahənin davamlı inkişafından bəhs etmişdir. Prezident qeyd etmişdir ki, “Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərin bəzilərini ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Beləliklə, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil”.

Ermənistanın və onların diasporunun müxtəlif sahələrdə o cümlədən dəmir yolu infrastrukturu sahəsində Azərbaycana qarşı məkrli siyasətlərindən bəhs edən prezident,  erməni diasporunun təzyiqi altında ABŞ-ın da ölkəmizə maneələr yaratdığını bildirdi. “Dəmir yolu infrastrukturu ilə bağlı aşağıdakı işlər görülmüşdür: 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Onu da bildirməliyəm ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən mən şəxsən Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar maneə törətməməlidirlər. Bu, strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdik, hətta o vaxt Gürcüstan dövlətinə bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdik və faktiki olaraq bu vəsait hesabına Gürcüstan ərazisində işlər görüldü. Azərbaycan ərazisində dəmir yolu müasirləşdirildi və Türkiyə də öz ərazisindəki hissəni inşa etmişdi. Beləliklə, yeni bir yol açıldı, hansı ki, bu gün müxtəlif ölkələrin yüklərini Ağ dəniz (yəni Aralıq dənizi) istiqamətinə, Avropaya, Türkiyəyə daşıyır. Sonra gördük ki, bu yolun aşırma qabiliyyəti yetərli deyil. Yenə də Azərbaycan vəsaiti hesabına keçən il bu yolun genişləndirilməsi tamamlandı və onun daşıma qabiliyyəti 5 milyon tona çatdırılmışdır. Bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaq. Vaxtilə Amerika Dövlət Departamentinin o məmurları bizə qarşı çıxırdılar, – mən bilmirəm onlar indi haradadırlar, onların adları da tarixdə qalmayıb, – amma ciddi iradə göstərərək buna nail olduq”

Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki