image-qanunla-reklam
image-149969225_258490419065342_7311619437582149844_n

”Dəmir Yumruq”-Elyar Bağırov

image-lady-day-az

1988-ci ilin sonlarında ermənilərin Şuşa ətrafında Topxana meşəsini qırması, Azərbaycanda ilk etirazlara səbəb olmuşdu. O vaxt heç kim fikirləşməzdi ki, bu meşə hadisəsi ilə başlanan münaqişə 1991-ci ildə əsil müharibəyə çevriləcək və 1994-cü ilin mayında Azərbaycanın 20 faiz torpaqlarının itrilməsi ilə nəticələnən atəşkəs imzalanacaq. Daha sonra bu atəşkəs qısa müddətli döyüşlər istisna olmaqla 26 il höküm sürəcək. 26 illik fasilədən sonra müzəffər Azərbaycan ordusu qələbə tarixi yazıb, torpaqları işğaldan azad edəcək. Və Şuşadan, Topxanadan başlanan müharibə burda da bitəcək. Təkəbbürü və lovğalığı ilə indiki Ermənistan iqtidarını qat-qat geridə qoyan Qarabağ klanı isə etiraf edərək deyəcək ki, biz hələ də Şuşanın Azərbaycan ordusu tərəfindən necə alındığını başa düşə bilmirik. Bu sözləri düşmənin dilindən eşitmək bir azərbaycanlı kimi bizi qürurlandırır. Umummilli lider Heydər Əliyevin dediyi kimi, fəxr etdik ki, biz azərbaycanlıyıq. Düşmənin təəccübünə səbəb olan hadisələrdən biri də bu idi ki, Şuşa istiqamətində yüngül odlu silahlarla döyüşən əsgərlərimiz müharibə qaydalarına uyğun olaraq yaralıları geriyə təxliyə etmirdilər, çiyinlərində Şuşa qalasına doğru aparırdılar. Səbəbini düşmən anlaya bilmirdi. Bizim döyüşçülərdə bu inamin hardan yarandığı onları çaşbaş salmışdı. Azərbaycan əsgəri isə Prezdentimizin söyləyidi “Şuşasız işimiz yarımçıq qalar” sözlərinin mənasını anlayaraq inamla addımlayırdı. Nəhayət, Ali Baş komandanımız şəhidlər xiyabanından xalqa müraciət edərək, “Sən Azadasan, Əziz Şuşa” söylədikdən sonra dezinformasiya ilə yuxuya verilmiş erməni xalqı ayıldı. Ayıldı ki, artıq gecdi. Cəmi 44 günlük müharibdə 4 milyonluq xalq 5 min canlı qüvvvəsin itirdi, 5 mlyadlıq hərbi texnikası məhv edildi, ordusu 80 faiz80 faiz dağıdıldı. Bu faicənin şokundan ayıla bilməyən ermənilər sosial mediada bir-birlərinə sual ünvanlayırdılar. “Bizim uşaqlar niyə Qarabağda ölməliyid”? “Axı, bu torpaqlar bizim deyildi”. “Niyə Qarabağda bizim uşaqlar xidmət etməlidirlər”? “Dəmir Yumruq” başlarına dəydikdən sonra sankı ağılları başlarına gəlmişdi. 30 ildə etiraf etmədiklərini dillərinə gətirirdilər. “Dəmir Yumruq”la ayılan Ermənistan kapitulyasiya aktını imzaladı. Ikinci dünya müharibəsindən sonra ilk dəfə idi ki, hansısa bir dövlət kapitulyasıya aktı imzalayırdı. Qələbə ilə bitən bu müharibədə Azərbaycan xalqına da çox şey aydın oldu. Aydın oldu ki, atəşkəs dövründə Ali Baş Komandanımız təkcə danışıqlar aparmayıb. Düşməni lərzəyə salan silahlarla ordunu gücləndirib, bütün orduya nümunə olacaq xüsusi təyinatlıları təkmilləşdirib və ən əsası orduda özünəgüvən, ruh yüksəkliyi üçün hər şeyi edib. Bir çox böyük dövlətlərin bu müharibədə mənəvi dəstəyi də 30 illik aparılan siyasi işin nəticəsi idi. İndi isə bütün dünya qalib Azərbaycan Dövləti ilə hesablaşmağa, əməkdaşlıq etməyə maraqlıdır. Yaxşı bilirlər ki, nəyi, nə vaxt və necə etməyi bilən güclü Rəhbərimiz və torpağımıza göz dikən düşmənin başına endiriləcək “Dəmir Yumruq”muz var!

Elyar Bağırov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki