image-qanunla-reklam
image-depositphotos_18339921_m-2015

Depressiyaya səbəb olan qidalar – FOTO

image-lady-day-az

 

Depressiya və piylənmənin inkişaf riskini azaltmaq üçün qida rasionuna bəzi məhdudiyyətlər qoyulmalıdır.

Bu barədə rusiyalı dietoloq Anastasiya Tarasko istehlakı insanda depressiyaya səbəb ola bilən məhsullar barədə danışarkən xəbərdarlıq edib.

Mütəxəssis müxtəlif çörək və qənnadı məmulatları kimi tez həzm olunan karbohidratlarla zəngin qidalardan imtina etməyi məsləhət görür.

“Bu məhsullar insan bədəninə daxil olduqda, qanın kəskin doyması baş verir, ancaq bundan sonra da onlar orqanizmi sürətlə tərk edirlər, buna görə əhvalda kəskin dəyişiklər olur, yüngül depressiya baş verir, həmçinin başqa bir şey yemək istəyi başlayır”, – deyə həkim izah edib.

Onun sözlərinə görə bu artıq çəki kimi məlum nəticələrinə gətirib çıxarır, həmçinin bir çoxlarının hesab etdiyi kimi, depressiyanı nəinki azaldır, əksinə daha da artırır.

“Pəhrizinizi triptofan olan qidalarla zənginləşdirin və əla nəticələr əldə edin”, – deyə Tarasko sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, triptofan – bədənimizin özbaşına serotonin (xoşbəxtlik hormonunu) istehsal edə bilməsi üçün vacib amin turşusudur. Ancaq triptofanın özü bədənimizdə istehsal olunmur, onu qidadan almaq lazımdır. O əsasən şokolad, pendir, ət, qoz-fındıq, soya, balıq və dəniz məhsulları, göbələk, yumurta və sair bu kimi məhsulların tərkibində olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki