image-qanunla-reklam
image-img_20211125_134707

Deputat: 44 günlük şanlı Zəfər tariximizin Kəlbəcər zirvəsindən baxanda yer üzünün cənnətini görmək olar

image-lady-day-az

44 günlük şanlı Zəfər tariximizin Kəlbəcər zirvəsindən baxanda yer üzünün cənnətini görmək olar. Şuşa bizim ucun qeyrət, namus simvolu idisə Kəlbəcər bizim üçün bir nəfəsdir. Təbiətin möcuzəsini özündə ehtiva edən Kəlbəcər haqqında çox söz demək olar. Təsadüfi deyil ki, dövlət başçısı Cənab İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində bu rayonu dünyanın ən gözəl bölgəsi olduğunu bildirdi. Prezident Kəlbəcərin yenidən abad və gözəl diyara çevirəcəyini 30 ilə yaxın müddət ərzində öz doğma yurd yuvasından qaçqın və köçgün düşən kəlbəcərlilərə xoş müjdəsini verdi.
Zər təbiətli Kəlbəcərin işğaldan azad olunması Azərbaycana həm iqtisadi, həm strateji üstünlüklər gətirir. Ömər aşırımı ilə yanaşı digər yüksəkliklər düşmən tərəfin istifadə edilən nəqliyyat yollarına nəzarət etməyimizə səbəb olur.
Təbiət xəzinəsi adlandırılan Kəlbəcər yerləşdiyi coğrafi mövqe ilə yanaşı iqtisadi və turizm baxımdan da əlverişli rayondur.  Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı baxımdan Kəlbəcər qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq.
Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları var. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.
Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarıdır. Məhsurdar torpaqları ilə Kəlbəcər ölkənin kənd təsərrüfatının inkişafında məhsul bolluğunda da mühüm rol oynayacaq. Bütün bunları nəzərə alıb sonra onu qeyd eləmək istəyirəm ki, vətənimin hər qarışı gözəldir. Kəlbəcər isə sözlə ifadə olunmayan gözəlliyə sahibdir!

İltizam Yusifov
Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki