image-970_50
image-yenigundem_19c8004f01f52f155f4e26feaf0e72a5_8otzfvxm7eb3nil1rqhj-620x460

Deputat Anar Məmmədov Vətən müharibəsi şəhidinin ailəsi ilə görüşüb – FOTO

image-suni_mayalanma_qiymeti

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Vətən müharibəsi zamanı şəhid olan Qarqucaq kənd sakini Aslanov Rəşad Taryel oğlunun ailə üzvləri ilə görüşüb.

Goranboy rayonunun Qarqucaq kəndində keçirilən görüşdə şəhid ailəsinin üzvləri və qohumları ilə yanaşı Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad olunub və ruhlarına dua oxunub.

Görüşdə çıxış edən Anar Məmmədovun sözlərinə görə, şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman bizim mənəvi borcumuzdur. Çünki qəhrəman atalarınız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq.

Şəhidin atası Taryel Aslanov da öz növbəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Şəhid ailəsi ilə görüşdən sonra millət vəkili Anar Məmmədov Qarqucaq kəndində Qarqucaq, Hacıalılı və Şəfibəyli kənd seçiciləri ilə görüş keçirib. Görüş zamanı kənd sakinləri müəyyən problemli məsələlərin həlli ilə bağlı fikir və təkliflərini millət vəkilinə çatdırıb və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər. Millət vəkili əlaqədar qurumlara səsləndirilən problemlərlə bağlı məlumat verəcəyini bildirib. Əlavə edib ki, sakinləri narahat edən məsələləri yerli və müvafiq mərkəzi qurumlarla müzakirə edəcək və həllinə çalışacaq.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki