image-qanunla-reklam
image-54535446

Deputat:Bu gün qardaş Türkiyədə 30 avqust – Zəfər bayramı qeyd olunur

image-lady-day-az

Zəfər bayramı Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.

Kanal4.az xəbər bunu Milli Məclisin Deputatı İntizam Yusifov şəxsi Faceboob hesabında paylaşım edib.

Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün kutlanan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir.

Bayramının mübarək Türkiyə!
Bayramın mübarək Türk Dünyası!

 

Milli Məclisin Deputatı İntizam Yusifov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki