image-qanunla-reklam
image-musaquliyev5

Deputat reklam dələduzluğunun qurbanı oldu: “Asan pul qazanma” fırıldağı

image-lady-day-az

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev onun adından saxta profil açıldığını və həmin profildən adından yalan məlumatlar paylaşıldığını açıqlayıb.

Bu barədə açıqlama yayan deputat bunları deyib:

“Hansısa yaramaz şəxs, yaxud qrup tərəfindən mənim adımdan saxta profil yaradılaraq qeyri-qanuni saxta proqramın reklamını yayıblar. Guya ki, mən İTV də aparıcı Nigar Sabirqızı ilə müsahibə zamanı hansısa kriptovalyuta tətbiqini təbliğ edən Quantum Aİ platforması üzərindən asan pul qazanma imkanlarını reklam etmişəm. Bundan qəzəblənən Mərkəzi Bank isə məni məhkəməyə verib.

O qədər səviyyəsiz və gülünc bir saxtakrlıqdır ki, buna, əlbəttə, fikir verməmək də olardı.

Amma bizi tanıyan, sözümüzə inanan sadə insanların bəzilərinin bu reklam tələsinə düşə biləcəyi ehtimalını nzərə alaraq bu məlumatı paylaşmağı gərəkli hesab edirəm. Bir daha bildirirəm ki, saxta profildə yerləşdirilən bu yazı başdan-başa qondarma bir iftiradır. Mən iqtisadçı deyiləm, bank sektorunun fəaliyyəti ilə bağlı uzaqdan-yaxından bir əlaqəm yoxdur, İTV-də bu mövzuda belə bir müsahibə olmayıb. Mətnin təhlili göstərir ki, yazı qeyri-azərbaycanlı tərəfindən hazırlanıb və çox güman ki, ölkə xaricindəki qrup tərəfindən saxta proqramla paylaşılıb.

Görünür, bizim mətbuatda, o cümlədən elektron KİV-də ermənilərə qarşı apardığımız ardıcıl savaş xaricdə və təəssüf ki, həm də daxildə olan erməniləri və erməni dəyirmanında haram və çirkli dənini üyüdən nadürüstləri narahat edib. Bizə qarşı şantajın bu formasından istifadə ediblər.

Digər tərəfdən son günlər FB və digər sosial platformalarda ölkənin tanınmış simalarına yönəlmiş böhtan kampaniyası da bizi narahat edir və bu kampaniyanın haradan və kimlər tərəfindən qaynaqlandığını da bilməyimiz zəruridir.

Bu məqsədlə həmin saxta profillə bağlı ölkəmizin müvafiq hüqüq-mühafizə orqanlarına rəsmi müraciət etmişəm. Araşdırma aparılır və nəticəsi barədə məlumat olan kimi burada paylaşacağam”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki