image-qanunla-reklam
image-yenigundem_75b89b1f1dbeb20c468059d87f2fa028_8nulhx6rqvpfmsbgo9ie-620x400

Deputat seçicilərinə fəaliyyəti ilə bağlı hesabat verdi – FOTOLAR

image-lady-day-az

YAP-çı millət vəkili Anar Məmmədov deputat seçildiyi 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Goranboy rayonunda seçiciləri ilə 2020-ci ilin yekunlarına dair hesabat xarakterli görüş keçirib.

Anar Məmmədov ilk olaraq Heydər Əliyevin büstünü ziyarət edərək xatirəsini yad edib. Daha sonra Heydər Əliyev Mərkəzində millət vəkili cari ildəki fəaliyyəti barədə geniş hesabatla çıxış edib. Onun sözlərinə görə, seçdiyi deputatın gördüyü işlərlə tanış olmaq hər bir seçicinin hüququdur.

Deputat qeyd edib ki, ümumilikdə VI çağırış Milli Məclisin iş fəaliyyətinin dünyadakı pandemiya dövrü ilə üst-üstə düşməsi hər kəs kimi millət vəkilləri üçün də xeyli çətinliklər yaratdı. Sərt karantin rejimi seçicilərin rayon və şəhər mərkəzinə gediş-gəlişində məhdudiyyətlər yaratsa da, biz vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında aidiyyatı qurumlarla sıx əlaqədə olaraq bir çox məsələlərin  vaxtında və yerində həllinə nail olmuşuq. Yaranan bəzi çətinliklərə baxmayaraq çalışdıq ki, işlərimizi Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk açılışındakı konseptual çıxışında irəli sürdüyü fəaliyyət planına uyğun quraq, hər bir seçicimizin yanında olaq, onların problemləri ilə yaxından tanış olaq, onlardan gələn müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirək və həlli üçün lazımi tədbirləri görək.

Beləliklə, birillik fəaliyyəti dövründə Anar Məmmədov cənab Prezident İlham Əliyevin dediyi kimi, dövlət qulluqçusu xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir prinsipinə sadiq qalaraq “Daha güclü Azərbaycan naminə” hər zaman seçiciləri ilə sıx ünsiyyətdə olub, onların qayğıları ilə maraqlanıb.

Təbii ki, qarşıdakı müddətdə də qaldırılan bütün məsələlərin həlli daima deputatın şəxsi nəzarətində olacaq, müvafiq hakimiyyət orqanları ilə müştərək həll üçün səy göstəriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki