image-qanunla-reklam
image-yenigundem_a61cad79494cfbbf7f0ed1a3d5fead55_2w7kcn1l3ey569tmqh0r-620x460

Deputat şəhidin yeddi mərasimində iştirak edib – FOTO

image-lady-day-az

Bu gün 2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmış, Goranboy rayonu Borsunlu kənd sakini, 2002-ci il təvəllüdlü, əsgər Həmzəyev Əfqan Bəhmən oğlunun yeddi mərasimi keçirilmişdir. Mərasimdə 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları, şəhidin ailə üzvləri iştirak edib.

Şəhidin yeddi mərasimində dövlətimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qardaşlarımız yad edilib, valideynlərinə səbr dilənib, şəhidlərimizin döyüş yolundan, vətənpərvərliyindən, onların vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarından danışıldı.

Onu da qeyd edək ki, Həmzəyev Əfqan 14.10.2021-ci il tarixdə Ağdam rayonu istiqamətində, düşmənin snayper atəşi ilə şəhid olmuşdur.

Allah şəhidimizə rəhmət eləsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki