image-qanunla-reklam
image-yenigundem_696452f19e100053c086150dcd0d5189_51jfngto2hcy03zei67k-620x460

Deputatın göstərişi ilə Aprel şəhidinin ailəsi ziyarət edildi – FOTOLAR

image-lady-day-az

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun göstəriş və tapşırığına əsasən Azərbaycan Ordusunun zabiti, Aprel döyüşləri zamanı şəhid olmuş Naftalan şəhər sakini mayor Bayramov Vaqif Dilqəm oğlunun ailəsi ziyarət olunub.

İlk öncə deputatın köməkçisi Elçin Cahangirov şəhid ailəsinə Anar Məmmədovun adından dərin hüzünlə başsağlığı verib. Daha sonra görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidin xatirəsi böyük ehtiramla yad edilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından, igid, mərd əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılıb.

Mayor Vaqif Bayramovun ailəsini ziyarət edən deputatın köməkçisi bildirib ki, tarix yazan, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın adları Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı.

Görüşdə şəhid ailələri və qazilərimizin hər zaman dövlət tərəfindən qayğı ilə əhatə olunduğu xüsusilə vurğulanıb, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin diqqət mərkəzində saxlanıldığı, həlli istiqamətində mühüm işlərin görüldüyü qeyd edilib.

Şəhid ailəsi üzvləri də onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki