image-qanunla-reklam
image-yenigundem_51a2d9d712abbefaa1d402afa9eb8843_kbny2pgft9h78qm4wzu3-620x460

Deputatın köməkçisi Vətən müharibəsi şəhidinin doğum günündə ailəsini və məzarını ziyarət etdi

image-lady-day-az

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş oğullarımızın ailə üzvlərini daima xüsusi diqqət mərkəzində saxlayır, Şəhid ailələrini evlərində ziyarət edir, onlara yüksək ehtiramlarını və diqqət, qayğılarını ifadə edir.

Qanunla.Az xəbər verir ki, deputatın köməkçisi Elçin Cahangirov bir qrup rayon ağsaqqalları və ziyalıları ilə birgə Vətən Müharibəsində şəhid olmuş Goranboy rayon Veyisli kənd sakini Əşrəfov Məhəmməd Yusif oğlunu anım günündə onun ailə üzvləri ilə birgə, şəhidin  məzarını ziyarət etdi,  şəhidin ailə üzvlərinə başsağlığı verdi.

Görüş zamanı  şəhidimizin əziz xatirəsi yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən  qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan danışılıb, ailə üzvlərinə yüksək hörmət və ehtiram ifadə olunub. Qeyd olunub ki, şəhidlər qanları, canları ilə Qarabağı, işğal altında olan torpaqları azad edərək ölkəmizə şanlı qələbə sevinci yaşatdılar. Biz onlara hər zaman borcluyuq. Şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Şəhidin valideynləri də sonda dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

“Yeni Gündəm”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki