Azərbaycan respublikasının milli məclisinə namizədlərin təbliğat -təsviqat kompaniyası davam edir. 95 saylı Zərdab-Kurdəmir-Ucar seçgi dairəsindən deputatlığa namizədliyini irəli sürən Filalogiya elmləri doktoru, professor Jalə Fazil qızı Əliyeva növbəti görüşünü Zərdab rayon İsaqbagi kəndində keçirib.
Qanunla.Az xəbər verir ki, ilk öncə İsaqbagi, Böyük Dəkkə və Qaravəlli kəndindən şəhid olan vətən oğullarının xatirə kompleksini ziyarət edib .
Daha sonra xanım namizəd İsaqbagi,Böyük Dəkkə,Dəliquşcu, Dəkkəoba sakinləri ilə görüş keçirib. Seçicilər qarşisinda çıxış eden Jalə xanım gələcək platformasından danışıb və gələcək günlərdə Zərdab bir neçə problemləri Milli Məclisin tribunasından sesləndirəcəyini deyib.
Qaravəlli kənd ağsaqqalı Hüseyinov Huseyin çıxış edərək Jalə xanımın əvvəlki dövrürlərdə hər zaman insanlara qayğı ilə yanaşdigini onların probleminə köməklik etdiyini vurğulayıb. Daha sonra bir neçə sakin çıxış edərək Jalə xanımın əvvəlki fəaliyyətini yüksək qiymətləndiriblər və bu seçkidə bir daha Jalə xanıma ehtimad gostərəcəklərini vurğulayıblar.
Görüş başa çatdıqdan sonra xatirə şəkili çəkilib. Təbliğat-təşviqat kompaniyası davam edir.