image-qanunla-reklam
image-83396704_2524915080969708_6298104166992576512_n

Deputatlığa namizəd Vəkil Adəm Məmmədov seçicilərdən görüş keçirib-FOTO

image-lady-day-az

92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən məşhur Vəkil Adəm Məmmədov Zərdab rayonunun Dəliquşçu kəndi və Su-21 qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Qanunla.az xəbər verir ki, Vəkil Adəm Məmmədov seçiciləri ilə,görüşdə bildirib ki,”Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısının hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib.
Mehribanlıq və doğmalılqa keçən söhbət zamanı Vəkil Adəm Məmmədov seçiciləri maraqlandıran sualları cavablandırıb, onları narahat edən bir neçə problemlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirib.Səmimi görüşdə seçicilər namizədə təşəkkür ediblər və ona dəstək olacaqlarını bəyan ediblər. Vəkil Adəm Məmmədov çıxışının sonunda Zərdab rayon sakinlərinə cansağlığı, uğurlar arzulayaraq onların birliyinə inandığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki