19 Avqust 2024-cu il tarixdə Ucar rayonunun Lək kəndində Lək və Xələc kənd seçiciləri ilə VII çağırış Milli Məclisin deputatlığa namizəd Jalə Əliyevanın seçicilərlə görüşü keçirilmişdir.
Qanunla.Az xəbər verir ki, ilk öncə Lək kənd sakini Vətən müharibəsi şəhidi Xəyal Cəbrayılovun xatirəsinə ucaldılmış bulağının önünə gül dəstələri qoyulmuş daha sonra şəhidin ailəsi yad edilmişdir.
Ucar rayonu Lək və Xələc kəndindən olan seçicilərlə davam edən görüş yüksək səviyyədə keçmiş, görüş ərzində Jalə Əliyevanın hesabat xarakterli çıxışı dinlənilmişdir. Daha sonra Jalə Əliyevanın vəkilləri Zemfira Eyvazova və Lək kənd sakini Ruxsarə Kərimova çıxış edərək Jalə Əliyevanın fəaliyyəti barədə seçicilərə geniş məlumatlar vermişlər.

Tədbir seçicilərin sualları ilə davam etmiş, şəxsi və ümumi problemler dinlənilmşdir.
Seçicilərlə görüşdə Jalə Əlieva Azərbaycanın qalib ölkə kimi bütün sahələrdə sürətli inkişafından, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açmış, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyevin və I Vitse-Prezident Mehriban Xanım Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırmış, dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğısından bəhs etmişdir.
Seçicilər sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə fəal iştirak edərək, Jalə Əliyevaya səs verəcəklərini bildirmişlər.
Sonda xanım namizəd Seyid Hacı Mirbağır ağanın xatirəsinə ucaldılmış su bulağının açılışında iştirak edib.
Qanunla.Az. Vüqar Rəhimov