image-qanunla-reklam
image-1634216838_26291

Dəstə üzvləri həbsdə, başçının bacısı oğlu azadlıqda – NARAZILIQ

image-lady-day-az

Xəbər verdiyimiz kimi, bir müddət öncə Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxsləri həbs olunmuşdu. 

Məhkəmənin qərarı ilə Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilmişdi. Lakin təqsirləndirilənlər arasında olan Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev azadlığa buraxılmışdı.

Qanunla.Az-ın əldə etdiyi məlumata görə, sözügedən dəstənin həbsdə qalan üzvlərinin yaxınları icra başçısının bacısı oğlunun azadlığa buraxılmasından narazı qalıblar. Həbs olunan şəxslərin yaxınları  bildiriblər ki,  bununla bağlı Prezidetə müraciət ediblər: “Bizə maraqlıdır ki, necə olur bizim qohumlarımıza o qədər iş verilib, amma İradə Gülməmədovanın bacısı oğlu məsuliyyətdən kənarda qalır? Nəyə görə, həmin qərara prokuror protest vermir? Əgər belədirsə, o zaman bizim qohumlarımız da azadlığa buraxılsın”.

Xatırladaq ki, həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki