image-qanunla-reklam
image-1643092603-rusvet-basindaa

DGK əməkdaşları ilə əlaqədar 20-yə yaxın korrupsiya faktı aşkar edildi

image-lady-day-az

2021-ci il ərzində 16726 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 1749 hüquqi şəxs (o cümlədən 481 xarici hüquqi şəxs) və 14 989 fiziki şəxs (o cümlədən 10 453 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 3 milyon 523 min 402 manat cərimə tətbiq olunmaqla, dəyəri 1 milyon 300 min 605 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib. 

“Qanunla.az” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.

General-mayor bildirib ki, son illər ərzində gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Baş İdarəni təşəbbüsü ilə aidiyyəti qurumlarla birgə həyata keçirilmiş tədbirlər nəticəsində gömrük əməkdaşları tərəfindən törədilən korrupsiya əməlləri ilə əlaqədar 20-yə yaxın fakt aşkar edilib və toplanmış materiallar qanunauyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki