image-qanunla-reklam
image-f5f717ce-a0da-351a-b877-0bfc3f705020_850

DGK-nin Tibbi Xidmət İdarəsinə yeni rəis müavini təyin edilib

image-lady-day-az

Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

Bu posta İsmayıl Əfəndiyev gətirilib.

O, Bakı şəhərinin baş toksikoloqudur.

Qeyd edək ki, İ.Əfəndiyev 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu, 2001-ci ildə Azərbaycan Tibb Universitetində əyanı aspiranturanı bitirərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. O, 2007-2008-ci illərdə Almaniyanın paytaxtı Berlində Vivantes Humbold – Daxili Xəstəliklər Xəstəxanasının Kardiologiya və intensiv terapiya şöbəsində ixtisasartırma kursu keçib. 2010-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı alıb.

Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdir müavini, sonra isə xarici tələbər dekanı vəzifələri tutub. İ.Əfəndiyev praktik əmək fəaliyyətinə 1996-cı ildən 2021-ci ilə qədər Kliniki Tibbi Mərkəz Toksikologiya şöbəsində həkim toksikoloq-reanimatoloq kimi fəaliyyət göstərib.

O, 175-dən artıq orijinal elmi işlərin, o cümlədən 4 dərslik, 10 metodik vəsait, 2 monoqrafiya, 1 kliniki protokol və 1 patent-ixtiranın müəllifidir. 4 xarıci elmi-praktiki jurnalların redaksiya heyətinin üzvüdür.

Müxtəlif illərdə İngiltərə, İndoneziya, Ukrayna, Gürcüstan, Cənubi Koreya, Avstriya, Çin və Danimarkada təlim kurslarında iştirak edib. 2006-cı ildən Azərbaycan Toksikoloqlar Cəmiyyətinin sədri, 2009-cu ildən Avropa Toksikoloji Mərkəzlərin və Kliniki Toksikoloqların Assosiasiyanın həqiqi üzvidir. 2010-cu ildən BMT “Beynəlxalq Kimyəvi İdarəetmə Üçün Strateji Yanaşma”(SAICM) təşkilatının Azərbaycan üzrə koordinatoru, 2012-ci ildən Ümumdünya Səhiyyə Təşkilatyının Kimyəvi Təhlükəsizlik və Ətraf Mühitin Sağlamlığı üzrə Milli Ekspert və Koordinatordur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki