image-qanunla-reklam
image-1619180816_modern-az-23-04-2021-1619179917

DİM abituriyentlərə müraciət etdi

image-lady-day-az
Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.
Modern.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, DİM tərəfindən yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start veriləcək.
DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edib.
Bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub.
2021-ci il yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki