image-qanunla-reklam
image-1626071391_xxx

DİN-dən “açıq-saçıq geyinən qadınları zorlayın” deyən bloqerlə bağlı – AÇIQLAMA (VİDEO)

image-lady-day-az

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən bloqerlə bağlı araşdırmalara başlayıb.

Məsələ ilə bağlı Qanunla.Az açıqlama verən DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sözügedən paylaşımdan məlumatlıdırlar: “Artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq”.

***10:29

Ötən gün sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs kişi cinsindən olan şəxslərə müraciət edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Unikal.org xəbər verir ki, blogger paylaşımda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyib:

“Sən diskomfort yaşadırsan. Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır. Harada açıq-saçıq q****q gördüz, zorlayın, adlı çağırış edirəm” deyə şərh yazıb.

Həmin videonu izləyənlər bloqeri tənqid atəşinə tutublar. Bundan sonra “Pantural” sözügedən videosunu hesabından silmək məcburiyyətində qalıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki