image-qanunla-reklam
image-1635777164-din

DİN-dən qazilərin aksiyası ilə bağlı AÇIQLAMA

image-lady-day-az

Bu gün 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar.

Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilmişdir.

Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula getmiş, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılmışlar. Bu zaman heç bir instident qeydə alınmamış və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılmışdır”, – nazirlikdən qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki