image-qanunla-reklam
image-fotojet-2021-10-10t165708-901

DİN: Göygöldə qanunsuz it yarışlarının keçirilməsi nəzarətə götürülüb – VİDEO

image-lady-day-az

Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib.

Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.

Daxili İşlər Nazirliyinin Mətubat Xidmətinin Gəncə şəhərindəki regioanl qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov ildirib ki, sosial şəbəkələrdə bu yarışların Gəncə şəhərində keçirilməsi qeyd olunsa da, yarış Gəncə şəhərində deyil, Göygöl rayonunda keçirilib.

E. Qasımov deyib ki, məsələ ilə bağlı artıq araşdırmalar başlanılıb: “Tezliklə araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki