image-qanunla-reklam
image-1695015732-polis_xtd_160718_02

DİN həftəsonu törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

image-lady-day-az

16-17 sentyabr tarixlərində ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən “Qanunla.az”a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki