Daxili İşlər Nazirliyinin (DİN) hərbçisi işğaldan azad edilmiş ərazidə minaya düşüb.
Bu barədə “Qanunla.az”a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində hərbçi xəsarət alıb.
Xəsarət alan hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.