image-qanunla-reklam
image-dinn

Direktorların işə qəbulu imtahanlarında rekord sayda namizəd iştirak edib – FOTO

image-lady-day-az

Bu il ilk dəfə direktorların işə qəbulu imtahanlarında rekord sayda – 2 683 namizəd iştirak edib.

Bu barədə Oxu.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin 19 və 25 fevral tarixlərində direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanları keçirilib.

Direktorların işə qəbulu üzrə keçirilən test imtahanlarının nəticələrinin təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib.

İmtahanda iştirak edən namizədlər şəxsi səhifələrinə daxil olaraq ümumi imtahan nəticəsi, respublika və işlədiyi şəhər (rayon) üzrə imtahan iştirakçıları arasında yeri, həmçinin özləri ilə eyni imtahan nəticəsi toplamış namizədlərin sayı ilə tanış ola bilərlər.

Namizədlər eyni zamanda “Test tapşırıqlarına bax” xanasına daxil olub “İmtahanlar” bölməsindən “Köhnə imtahanlar” sırasına, daha sonra “Təfsilata bax” düyməsini klikləyərək onlara təqdim olunan test tapşırıqları və cavabları ilə tanış ola bilərlər.

Qeyd edək ki, test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir.

Müsahibə mərhələsi üçün keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək və şəxsi səhifələrə bu barədə məlumat göndəriləcək.

image-164606792_1786103721551511_8687029935988042952_o


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki