image-qanunla-reklam
image-1628688570_qenimet-park

“DOST İş Mərkəzi” Hərbi Qənimətlər Parkında sanitar-gigiyenik qaydaların qorunması və abadlıq işləri üzrə 40 nəfəri işlə təmin edib

image-lady-day-az
Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi Bakı şəhəri, Xətai rayonunun ərazisində açıq səma altında salınmış Hərbi Qənimətlər Parkında nümayış etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş Mərkəzi” tərəfindən icra olunan ödənişli ictimai işlər proqramı Hərbi Qənimətlər Parkını da əhatə edir. Parkın sanitar-gigiyenik qaydalara uyğun qorunub saxlanılması, park ərazisində cari abadlıq işlərinin mütəmadi yerinə yetirilməsi məqsədi ilə “DOST İş Mərkəzi” tərəfindən 40 nəfər işlə təmin edilib.
Onların hər biri ilə Mərkəz arasında əmək müqaviləsi bağlanıb. Bu da onların əmək hüquqlarının təminatı üçün vacib əsas olmaqla, sosial sığorta sistemi ilə əhatə olunmalarına, gələcək sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradır.
Ümumilikdə “İşsizin dostu” proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki