Xəbər verdiyimiz kimi, 2 gün öncə Xəzər dənizində 2 nəfər batıb.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 2 nəfər batıb.
Dənizdə batan şəxslərdən İsgəndər Əhmədovun ailəsindən Qanunla.az-a verilən məlumata görə, o dənizdə batan dostunu xilas etmək istəyərkən özü də batıb. Bildirilib ki, gəncin nəşi hələ də tapılmayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Qanunla.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
İsgəndərin axtarışları havanın küləkli olmasına baxmayaraq, davam edir.