image-qanunla-reklam
image-ilham

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyirlər

image-lady-day-az

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyirlər

Göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan gəncliyi elmi-texniki tərəqqinin sürətli inkişaf etdiyi müasir dövrümüzdə bütün sahələrdə özünü doğruldur. Ziyalı potensialı, milli sərvətimiz sayılan, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyən gənclərimiz zəngin mədəni irsimizin qorunub saxlanması və təbliğində mühüm addımlar atırlar. «Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir» söyləyən Prezident İlham Əliyev savadına, siyasi hazırlığına, istedadına güvəndiyi gənclərin Azərbaycanın gələcəyi üçün etibarlı davamçı olacaqlarını inamla vurğulayır.

Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz  xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyirlər.  Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları, özəl sahələrdə qazandıqları nailiyyətləri ilə güclü intellektual potensiala malik olduqlarını Vətənə xidmətləri ilə bildirən Azərbaycan gəncliyi dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda da fərqlənirlər. Mədəniyyətimizin qorunub saxlanılmasında, təbliğində milli və beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, gənclərimizin ifaçılıq məharətinin bütün müsəlman ölkələrinin təmsilçiləri tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə davam etdirilən gənclər siyasətinin uğurudur. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu gün gənclərimiz qalib Azərbaycanın uğurları ilə qürur duyurlar.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki