image-qanunla-reklam
image-azerbaijan_flag_albom_240512

Dövlət müstəqilliyinin bərpası

image-lady-day-az

Dövlət müstəqilliyinin bərpası.

Azərbaycan dövlət müstəqilliyini bərpa etməsindən 20 il keçir. 1991-ci ilin 18 oktyabrında parlamentdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı”nın qəbul edilməsi ilə ölkəmiz yeni dövrə – milli dövlət quruculuğu mərhələsinə qədəm qoydu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyənnaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali sovetinin 1991-ci il 30 avqust tarixli bəyənnaməsinə istinad olunub,Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.
Müstəqilliyin ilk illərində enerji təchizatı sarsıdan problemlərlə üzləşən Azərbaycan enerji təhlükəsizliyini nəinki təmin etdi, eyni zamanda “qoca dünyanın”- Avropanın,Yeni dünyanın ABŞ-ın, bütövlükdə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Bakı-Tiblisi –Ceyhan neft, Bakı-Tiblisi –Ərzurum qaz kəmərləri təkcə iqtisadi deyil, siyasi strateji əhəmiyyət daşıyaraq Azərbaycanın müstəqilliyinin beynəlxalq təminatlarına çevrildi Bu kəmərlər Avrasiyanın geosiyasətini dəyişdirdi. Ölkənin paytaxt şəhərinin sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində ciddi addımlar atıldı.
Bu gün Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Bu tərəqqinin gətirdiyi maliyyə imkanları, sözsüz ki, Azərbaycanın daha da güclənməsinə, sosial dövlətin möhkəmlənməsinə, eləcə də mədəniyyətin, elmin, təhsilin daha da inkişaf etməsinə əlavə zəmin olacaq.

Saatlı rayon Bülbül adına UMM-nin direktoru
Ramella İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki