image-qanunla-reklam
image-neft-fondu

Dövlət Neft Fondunun gəlir və xərcləri AÇIQLANDI

image-lady-day-az

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2021-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat verilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan  bildirilib ki, 2021-ci ilin doqquz ayında ARDNF-nin büdcə gəlirləri 10 milyard 444,5 milyon manat, büdcə xərcləri isə 7 milyard 328,2 milyon manat təşkil edib.

Bu dövr ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 384,4 milyon manat, bonus ödənişləri 772 milyon manat, tranzit gəlirləri 16,5 milyon manat, akrhesabı ödənişlər 5,3 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 266,3 milyon manata bərabər olub.

Yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 309,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldilib.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər 15,1 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 milyard 990,6 milyon manat təşkil edib.

2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1,52 faiz artaraq 44 milyard 226,4 milyon ABŞ dolları təşkil edib.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki