image-qanunla-reklam
image-e5d97dd7-49d0-3954-8f55-71263fb93b2c_850

Dövlət qurumu satınalmalarda qeyri-şəffaflıqla bağlı iddialara aydınlıq gətirib

image-lady-day-az

“Son zamanlar KİV-də yeni yaranmış və nizamnamə kapitalı az olan sahibkarlıq subyektlərinin (məsələn; 10 manat, 100 manat və s.) irihəcmli tenderlərdə iştirakı məsələsi tez-tez gündəmə gətirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində məhdud məsuliyyətli cəmiyyət (MMC) və səhmdar cəmiyyətlərin (SC) qeydiyyata alınması üçün konkret minimum məbləğ tələbi müəyyən edilməyib”.

Qanunla.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov bildirib.

Ə.Həsənov deyib ki, dövlət satınalmalarını tənzimləyən qanunvericilikdə MMC və SC-lərin satınalma prosedurlarında iddiaçı qismində iştirakı üçün də belə tələb yoxdur.

O, yeni yaranmış sahibkarlıq subyektləri tenderdə iştirakı məsələsinə toxunub: “”Dövlət satınalmaları haqqında” Qanununda şirkətin yaranma tarixindən asılı olaraq tenderdə iştirak etmək üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

Mikro, kiçik və orta sahibkarlarlıq subyektlərinin tenderdə iştirakına şərait yaradılması məsələsinə gəlincə isə, həmin Qanunun 50-1-ci maddəsində ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir”.

O, borcu olan şirkətin tenderin qalibi elan edilməsi ilə bağlı məsələdən danışıb: “Qalib elan edilə bilər. Burada əsas tələb qalib şirkətin “Dövlət satınalmaları haqında” Qanunun 6.2.5-ci maddəsinə əsasən, Azərbaycanda vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmamasıdır. Sahibkarlıq subyektlərində cari borcların olması tenderdə iştirak və qalib elan olunmaq üçün məhdudiyyət yaratmır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki